XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Oyunçu həbs olunub
İdman 11:09 / 03.02.2019

İngiltərənin "Fulhem” klubunun futbolçusu Abubakar Kamara həbs olunub.
24 yaşlı hücumçu qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur. İnsident yanvarın 21-də London təmsilçinin bazasında baş verib. Fransalı forvard gələcək karyerasını müzakirə etmək üçün "Fulhem”in icraçı direktoru Alister Makintoşla görüşə gələn zaman mühafizəçilərlə dalaşıb.
İnsidentlə bağlı klubun rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, Kamaranın klubun Motspur Parkdakı bazasına girişi qadağandır: "Hadisəyə dərhal müdaxilə etdikləri üçün polis əməkdaşlarına minnətdarıq. Futbolçunun kluba aid tədbirlərdə iştirakı da qadağandır. Təhlükəsiz əmək şəraitinin təmin olunması naminə istintaqla sıx əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, Kamara daha əvvəl də klub tərəfindən inzibati cəzalarla üzləşib. O, Premyer Liqanın XX turunda "Haddersfild” ilə matçın 82-ci dəqiqəsində topu komanda yoldaşı Aleksandr Mitroviçdən alaraq penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün irqçi təzyiqlərə məruz qalıb.

30795 oxunub

InvestAZ