XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Həsən Əliyev yalnız finalda uduzdu
İdman 13:14 / 24.10.2019

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının gümüş medalına sahib olub. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında birinci gümüş, ümumilikdə isə dördüncü medalıdır. Həsən Əliyev (77 kq) səkkizdəbir finalda ermənistanlı Varujan Qriqoryana, dörddəbir finalda ukraynalı Dmitri Pişkova qalib gəlib. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serbiyalı Viktor Nemeşə qalib gələrək finala yüksəlib. H.Əliyev gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə iranlı Peyman Poştama 2:1 hesabı ilə uduzaraq, yarışı ikinci yerdə başa vurub.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında bir gümüş və üç bürünc medal var.

32856 oxunub

InvestAZ