XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kişi həndbolçuların mübarizəsində ikinci tur
İdman 16:22 / 21.10.2019

Kişi həndbolçular arasında Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib. "ABU Arena”nın meydançasına əvvəlcə U-18 və "Təhsil” komandaları çıxıblar. Gərgin idman mübarizəsi ilə yadda qalan
qarşılaşmada qapılara 54 qol vurulub. Əzmkarlıq nümayiş etdirən "Təhsil” komandası görüşü qələbə ilə başa vurub – 29:25.
Günün ikinci oyununda "Məhsul” və "Bakı” komandaları üz-üzə gəliblər. Daha böyük maraqla gözlənilən qarşılaşmada ölkə çempionunun imkanları yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. Amma, "Məhsul”un asan qələbə qazandığını da söyləmək olmaz. Rəqibə kifayət qədər ciddi müqavimət göstərən "Bakı” cəmi 3 top fərqi ilə məğlub olub - 23:26.
Üçüncü turun görüşləri oktyabrın 26-da keçiriləcək. Həmin gün "Məhsul” U-18 komandasını, "Bakı” kollektivi "Təhsil”i sınağa çəkəcək.
Oktyabrın 23-də isə qadın həndbolçuların ölkə çempionatında növbəti turun oyunları olacaq. "Qarabağ” "Azərsu” ilə, "Azəryol” isə "İdman Akademiyası” ilə qarşılaşacaq.

33242 oxunub

InvestAZ