XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarında iki medal qazandılar
İdman 12:46 / 16.10.2019
 
Oktyabrın 15-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.
Təmsilçimiz İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan İ.Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabı ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən gürcü güləşçi üz-üzə gələn təmsilçimiz bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.
Digər güləşçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) B qrupunda ispan Xose Kuba Vaskesə (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) isə uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. İdmançımız 3-cü yer uğrunda görüşdə yenidən M.Kordzaya ilə qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Sonuncu xalı rəqib qazandığından O.Nəzəriani 4-cü yerlə kifayətlənib.
Xatırladaq ki, çimərlik güləşi yarışlarının birinci günündə Pənah İlyaslı (70 kq) gümüş medal qazanıb.

31027 oxunub

InvestAZ