XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Marafon yürüşləri tarixində rekord
İdman 12:45 / 12.10.2019

Keniyalı atlet Eliud Kipçoqe marafon qaçışı tarixində rekord nəticəyə imza atıb. Otuz dörd yaşlı idmançı dünya tarixində ilk şəxs kimi marafon məsafəsini (42,195 km) iki saatdan az müddətdə qət edib.
Vyanada təşkil edilən marafon ideal hava şəraitində əvvəlcədən hazırlanmış ssenari əsasında keçirilib. E.Kipçoqe marafon məsafəsini 1 saat 59 dəqiqə 40 saniyəyə başa vurub. O bu məsafəni iki saatdan az müddətə qət edən ilk insan kimi tarixə düşüb. Qaçış zamanı idmançını altı atlet qısa məsafələrdə müşayiət edib və estafeti növbəti atletlərə ötürüblər. Saatda 21 kilometr sürətlə hərəkət edən idmançı hər bir kilometr məsafəni nəzərdə tutulan 2 dəqiqə 50 saniyəlik vaxt çərçivəsində başa vura bilib.
Eliud Kipçoqe yürüşdən sonra müsahibəsində bu layihə ilə insanları ruhlandırmaq istədiyini ifadə edib.
Rio-2016 Olimpiya Oyunlarında marafon qaçışı üzrə qızıl medalın sahibi və marafon üzrə dünya rekordunun (2:01:39) hazırkı sahibi bu uğurunu insanın ilk dəfə Aya ayaq basması ilə müqayisə edib.
Vyanada baş tutan bu yürüşdə marafon qaçışı ilə bağlı bir sıra qaydalara əməl olunmadığından dünya rekordu rəsmən qəbul edilməyəcək. Buna baxmayaraq, yüngül atletin bu nəticəsi marafon qaçışında idmançılara yeni zirvələri fəth etməyin mümkünlüyünü göstərir.


83379 oxunub

InvestAZ