XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Ferrari” yenidən “Scuderia Ferrari Mission Winnow”adlanacaq
İdman 11:12 / 08.10.2019

Formula 1 Yaponiya Qran-Prisində "Ferrari” yenidən "Scuderia Ferrari Mission Winnow” adlanacaq. FIA-nın oktyabrın 7-də açıqlanmış sifariş siyahısında belə göstərilib. "Mission Winnow” təşəbbüsü "Ferrari”nin sponsorlarından birinin tütün məhsulunu reklam etməyə xidmət edir, lakin komanda bu və ya digər ölkənin qanunvericiliyinin tələbləri ilə əlaqədar bu loqotipdən hər yerdə istifadə edə bilmir. 2019-cu il mövsümünün 16 mərhələsindən 11-də "Ferrari” əməkdaşlarının maşınlarında və təchizatında "Mission Winnow” loqotipləri olmayıb. Loqotiplər sonuncu dəfə Monako Qran-Prisində müşahidə edilib. Lakin Yaponiya Qran-Prisində geri qayıdacaq. "Mission Winnow” 2018-ci ildə ilk dəfə məhz Suzukada təqdim edilib.
Mövsümün başa çatmasına beş mərhələ qalmış "Ferrari” "Mersedes”dən 162 xal geri qalaraq, Konstruktorlar Kubokunda ikinci yeri tutur. Onun pilotları son dörd mərhələdən üçündə qalib gəlib.

32731 oxunub

InvestAZ