XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ağırlıqqaldıranlarımız Avropa birinciliyinə yollanacaqlar
İdman 10:15 / 08.10.2019

Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.
2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55kq), Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (109 kq-dan yuxarı), Mərziyyə Məhərrəmova (49 kq), Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq) və Kənan Əliquliyev (81 kq) körpücük üzərinə çıxacaqlar.
Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.

34512 oxunub

InvestAZ