XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan badmintonçusu növbəti mərhələdə
İdman 13:51 / 02.10.2019
 
Oktyabrın 2-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "YUZU Indonesia Masters 2019” turnirində növbəti mərhələyə vəsiqə qazanıb.
Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.
Yarışa 1/32 finaldan başlayan E.R.Dviçayonun rəqibi malaziyalı Eveşqaran Vesiqaran olub. Badmintonçumuz rəqibinə 2:0 hesabı ilə qalib gələrək onaltıdabir finala adlayıb. Bu mərhələdə onun rəqibi indoneziyalı İxsan Leonardo İmanuel Rumbay olacaq.
Mübarizəyə onaltıdabir finalda başlayan digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə İndoneziya təmsilçisi Visnu Yuli Prasetyo 2:0 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, turnirə 98 badmintonçu qatılıb.

33229 oxunub

InvestAZ