XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 1 çempionu Mərakeş rallisində
İdman 14:29 / 27.09.2019

Formula 1 yürüşlərinin ikiqat çempionu, WEC çempionu, "24 saat Le-Man” yarışının ikiqat qalibi Fernando Alonso ralli reydləri üzrə dünya kubokunun bir hissəsi hesab olunan Mərakeş rallisində iştirak edəcək.
Alonso ralli-marafonun iştirakçılar siyahısına rəsmi şəkildə daxil edilib.
Fernando Alonsonun şturmanı ispaniyalı Mark Koma olacaq. Alonso "Toyota”nı idarə edəcək. Bu, Alonsonun 2020-ci ildə iştirakını planlaşdırdığı "Dakar” yürüşündən əvvəl əsas məşq hesab edilir.
"Dakar-2020” 2020-ci il yanvarın 5-dən 17-dək Səudiyyə Ərəbistanında təşkil olunacaq.
Mərakeş marafonu bu il oktyabrın 3-dən 9-dək keçiriləcək. Marşrutun uzunluğu 2500 kilometrə bərabərdir.
Mərakeş rallisinin hazırkı qalibi bu ralli-reydi ardıcıl 5 il qazanan Hasser Əl-Attiyadır.

35298 oxunub

InvestAZ