XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqasının altıncı turu başlayır
İdman 10:01 / 27.09.2019

Sentyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna start veriləcək. Turun birinci günündə bir görüş oynanılacaq. Son çempion "Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda "Sumqayıt”la üz-üzə gələcək. Saat 19:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.
Sentyabrın 28-də turun ikinci görüşündə "Qəbələ” və "Neftçi” komandaları qarşılaşacaqlar. Saat 17:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matçın baş hakimi Kamal Umudlu olacaq.
Sentyabrın 29-da iki qarşılaşma ilə altıncı tura yekun vurulacaq. "ASCO Arena”da "Keşlə” klubu "Zirə”ni, "Sabah” isə "Bank Respublika Arena”da "Səbail”i qəbul edəcək. İlk oyun saat 17:30-da, ikinci isə 19:45-də start götürəcək.
Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Beş turdan sonra turnir cədvəlinə 15 xalla "Qarabağ” klubu başçılıq edir. On xalı olan "Səbail” ikincidir, "Keşlə” və "Zirə” hərəyə 7 xalla üçüncü və dördüncü yerləri bölüşdürülər. Digər pillələrdə müvafiq olaraq, "Sumqayıt” (6 xal), "Neftçi” (5), "Qəbələ” (4) və "Sabah” (2) klubları yer alırlar.


31626 oxunub

InvestAZ