XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Cüdoçumuz Özbəkistanda ikinci oldu
İdman 10:54 / 21.09.2019

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günü milli komandamız aktivinə 1 medal yazdırıb. Qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Leyla Əliyeva Rumıniya, Fransa, Almaniya və Hindistan idmançılarını məğlub edərək finala çıxıb. Leyla Əliyeva həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə məğlub olaraq "Qran-Pri"də gümüş medal qazanıb. Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Sərdar Nurillayevə uduzaraq 5-ci yeri tutub. Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) ilkin mərhələdə məğlub olublar.

33272 oxunub

InvestAZ