XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sevilyanın baş məşqçisi: ““Qarabağ“ üzərində işləmiş komandadır”
İdman 10:03 / 20.09.2019

"Rəqib öz meydanında oynayırdı. Stadiondakı ab-havanı da gördünüz. Bu da bizə çətinlik yaratdı. İstənilən halda qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və sonradaqolvura bildik.”
Bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"ı məğlub etdikləri (3:0) UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi təcrübəli kollektivdir: "Qarabağ" üzərində işləmiş komandadır. Gözlədiyim kimi oynadılar".
İspaniyalı məşqçi deyib ki, bu gün futbolda təəccüblü heç nə yoxdur: "Hər hansı bir futbolçumu qeyd etmək istəmirəm. Komanda şəklində qələbə qazandıq. Yaxşı bir kollektivi üstələdiyimiz üçün məmnunam. "Qarabağ"ın APOEL-lə iki matçını da izləmişəm. Ağdam klubu Kipr klubunu mübarizədən kənarlaşdıra, APOEL də Hollandiya "Ayaks"ını büdrədə bilərdi. Futbolda çox şey ola bilər".
X.Lopetegi həftəsonu La Liqada "Real Madrid"lə oynayacaqlarını bildirib.


32582 oxunub

InvestAZ