XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Roberto Bordin: “İmkanlarımız oldu, amma...”
İdman 14:14 / 16.09.2019

"İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istənilən ritmdə çıxış etmədi. Müdafiədə yaxşı oynayan zaman qol buraxdıq. Hesab 2:0 olarkən irəli atıldıq. 1:0 olanda isə imkanlarımız oldu, amma istifadə edə bilmədik.”
Bu sözləri "Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında dördüncü turunda "Qarabağ”a (2:0) məğlub olduqları görüşdən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.
İtalyan məşqçi deyib: "Rəqib əks hücumlarda imkan qazandı. Bəzi oyunçuların qol şansları oldu. "Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə yüksək templə oynamaq lazımdır. Tempi aşağı salmaq çətin olur. Təhlükəli epizodlar yaratdıq. Qol buraxandan sonra yaxşı oynamağa başladıq, bunun səbəbini bilmirəm”.
Əlli dörd yaşlı mütəxəssis rəqibin qapıçısı Asmir Beqoviçin hava ötürmələrində üstün oynamasına münasibət bildirib: "Biz də istəmirdik ki, o hava toplarını asanlıqla tutsun. Futbolçularımın da qapıya yaxşı zərbələri oldu”.
İtaliyalı məşqçi əlavə edib ki, "Qarabağ”ın hansı gücdə olduğunu bilirlər: "Rəqib həm büdcə, həm də klub cəhətdən güclüdür. Komanda qələbə də qazanar, məğlub da olar”.
Bordin deyib ki, "Neftçi”nin hədəfi dəyişməyib: "Yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə istəyimizə çata bilmədik. Bu mövsümə də yaxşı başlamamışıq. O demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəl Rusiya "Arsenal”ına qarşı əla oynadıq. Həmin oyunu göstərmək istəyirik. "Neftçi”də bu oyun istəksizlik var idi”.

35823 oxunub

InvestAZ