İdman 12:19 / 07.02.2019
Fevralın 6-da Azərbaycan parataekvondo komandası növbəti uğura imza atıb.
Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (75 kq) bürünc medala sahib olub. Komandanın kapitanı Nicat Müslümov (75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.
Xatırladaq ki, yarışların ilk günündə Röyalə Fətəliyeva da bürünc medal qazanıb.
Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə 1 gümüş və 2 bürünc medalla qayıdırlar