XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Uşaq Paralimpiya Komitəsinin fəaliyyəti maraqla qarşılanıb
İdman 16:23 / 13.09.2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Belçikanın Azərbaycandakı səfiri Bert Şufs ilə görüşüb.
Komitənin ofisində keçirilən görüşdə UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin də iştirak edib.
Görüşdə AMPK-nın prezidenti İ.Rəhimov qonağa komitənin fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib. O qeyd edib ki, paralimpiya əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən uğurlu vasitələrdən biridir. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, ölkədə 7 paralimpiya çempionumuz var.
Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların da idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Komitəsinin yaradıldığını deyib. Bildirib ki, hər il uşaq paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Səfir B.Şufs ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib. O, Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini maraqla qarşılayıb. Diplomat, həmçinin Azərbaycanda uşaq paralimpiya hərəkatının yaradılmasının ölkəsində də marağa səbəb olacağını qeyd edib.
Söhbət zamanı gələcək əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.

31777 oxunub

InvestAZ