XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçumuz qitə çempionatına qələbə ilə başladı
İdman 10:42 / 05.09.2019

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib. İlk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. Çempionatda 64 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1. O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq.
R.Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) isə uelsli Qaran Qrofta məğlub olub.
Sentyabrın 5-də mübarizəyə daha 4 boksçumuz qoşulacaq. İqor Platov (75 kq) Valeri Razmeritanı (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevitti (İngiltərə), Murad Allahverdiyev (81 kq) Stoil Stanoyevu (Belarus) və Fuad Cəfərov (91 kq-dan yuxarı) Viçenzo Fiasçettini (İtaliya) sınağa çəkəcək.

34737 oxunub

InvestAZ