XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Azərbaycan xalqının qonaqpərvərliyindən heyran qaldım”
İdman 18:07 / 16.02.2019

"Azərbaycan Gimnastika Federasiyası idmançıları böyük qonaqpərvərliklə qəbul edir”.
Bu sözləri "olimpiyadunyasi.com” saytına müsahibəsində Yeni Zelandiya gimnastı Dilan Şimidt deyib.
"Mən Bakıda ilk dəfədir ki, çıxış edirəm. Ümumiyyətlə, 2017-ci ildən zədə səbəbindən yarışlarda iştirak etmirdim.
Azərbaycan xalqının qonaqpərvərliyindən heyran qaldım. Bakıya yarışlardan 1 həftə əvvəl gəlmişik. Bu turnir bütün burada iştirak edən idmançılar kimi mənim üçün böyük əhəmiyyət daşıyır. Ağır zədədən sonra lisenziya yarışında iştirak etmək və Tokio-2020 Olimpiadasına vəsiqə qazanmaq mənim üçün böyük stimul olardı.
Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilir.
Turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.
Yarışda Azərbaycanı 5 gimnastımız təmsil edir.

31763 oxunub

InvestAZ