XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



«Aslanlar» heyətini gücləndirir
İdman 10:38 / 03.09.2019

Türkiyənin "Qalatasaray” komandası heyətinə yeni futbolçu cəlb edib. İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, son ölkə çempionu İngiltərənin "Sautqempton” klubundan Mario Leminanı heyətinə qatıb. İyirmi altı yaşlı qabonlu yarımmüdafiəçi birillik icarəyə götürülüb.
M.Lemina karyerası ərzində Fransanın "Loryen”, "Marsel” və İtaliyanın "Yuventus” klublarında oynayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 görüşdə meydana çıxıb və 1 qol vurub.
"Sarı-qırmızılar”ın hücumçusu Mbaye Diaqne isə birillik icarə əsasında Belçikanın "Brügge” klubunda çıxış edəcək. Ötən mövsüm "Kasımpaşa”dan "Qalatasaray”a transfer olan seneqallı futbolçu Superliqada oynadığı müddətdə 29 matçda 30 qol vurub.

35154 oxunub

InvestAZ