XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pirməmməd Əliyev: "Yarışın təşkilatçılıq səviyyəsindən çox razıyam"
İdman 17:58 / 16.02.2019
Ölkəmizi Qazaxıstanda təmsil edən gimnastımız Pirməmməd Əliyev yarış təəssüratlarını "olimpiyadunyasi.com” saytı ilə bölüşdü.

- Yarışlara ciddi hazırlıq prosesi keçmişdim. Doğma Bakıda keçirilən Dünya kuboku yarışları Tokio-2020 Olimpiadasına lisenziya xarakteri daşıdığı üçün çox önəmlidir. Bəzi səhvlərim olsa da, çıxışımdan ümumilikdə razıyam.

Yarışın təşkilatçılıq səviyyəsindən çox razıyam. Burada bizim üçün hər bir şərait yaradılıb. Yarışdan əvvəl Milli Gimnastika Arenasında təşkil olunan birgə təlim-məşq toplanışları çox yaxşıdır. Tamaçıların dəstəyi xüsusi ilə xoş oldu. Sinxron yarışlarında ümid edirəm ki, bundan da yaxşı çıxış edəcəyəm.

Məlumat üçün bildirək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilir.

Turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.

Yarışlara sabah yekun vurulacaq.


31147 oxunub

InvestAZ