XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan çempionatı davam edir
İdman 18:00 / 30.08.2019

Yarışda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında "Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.
Turnirin ikinci günündə 2007-2008-ci il təvəllüdlü gimnastlar alətsiz, ip, halqa, 2004-2006-cı təvəllüdlü idmançılar isə ip, top, gürzlər və lentlə yarışırlar. 2003-cü il və yaşca daha böyük gimnastlar ip, top, gürzlər və lentlə güclərini sınayırlar.
Yarışın birinci günündə 2009-cu il təvəllüdlü gimnastların çoxnövçülük yarışlarında Gövhər İbrahimova qızıl medal qazanıb. Sofiya Məmmədova yarışı ikinci, Səkinəxanım İsmayılzadə isə üçüncü pillədə başa vurublar. 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Təzəgül Yaqubova, Nəzrin Salmanlı və Nilufər Oruclu ilk üç pillədə yer alıblar. Azadə Atakişiyeva 2011-ci il təvəllüdlü gimnastların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Əzizzadə gümüş, Yelezaveta Yefremova isə bürünc medala sahib olublar.


31762 oxunub

InvestAZ