XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA Çempionlar Liqasında son üç oyun keçiriləcək
İdman 14:40 / 28.08.2019

Avqustun 28-də UEFA Çempionlar Liqasında son üç cavab matçı oynanılacaq. Pley-off mərhələsinin ikinci oyun günündə səfərdə 1:0 hesabı ilə qalib gələn "Slaviya Praqa” (Çexiya) doğma azarkeşlər önündə "ÇFR Kluj” (Rumıniya) komandasını qəbul edəcək. Hollandiyada APOEL (Kipr) "Ayaks” komandasının qonağı olacaq. Komandaların Kiprdə baş tutan görüşü qolsuz heç-heçə ilə başa çatıb.
Günün üçüncü qarşılaşması Belçikada oynanılacaq. "Brügge” Avstriyanın LASK kollektivini qəbul edəcək. İlk görüş belçikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, mərhələnin ilk oyun günündə "Srvena Zvezda”, "Olimpiakos” və "Dinamo Zaqreb” qrup mərhələsinə vəsiqə qazanıblar.
Qitənin ən nüfuzlu klub turnirinin püşkatma mərasimi avqustun 29-da Monakoda keçiriləcək.

33093 oxunub

InvestAZ