XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Olimpiakos” və “Srvena Zvezda” yenidən Çempionlar Liqasında
İdman 12:11 / 28.08.2019

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib. Səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın "Krasnodar” klubu doğma meydanda Yunanıstanın "Olimpiakos” klubuna ikinci dəfə məğlub olub - 1:2.
İsveçrənin "Yanq Boyz” klubu Serbiyada "Srvena Zvezda” ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən Serbiya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Bu klublar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Günün üçüncü qarşılaşması isə Norveçdə oynanılıb. "Rusenborq” Xorvatiyanın "Dinamo” kollektivini qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu klublar arasında ilk qarşılaşma 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.
Beləliklə, "Srvena Zvezda”, "Olimpiakos” və "Dinamo” qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, "Ayaks” – "APOEL” (0:0), "Brügge” – LASK (1:0) və "Slavia Praqa” – "ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.
Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda olacaq.

35096 oxunub

InvestAZ