XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Qarabağ” – “Linfild” oyununun hakimləri müəyyənləşdi
İdman 12:16 / 25.08.2019

"Qarabağ”ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild” komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatlari açıqlanıb.
Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə edilib.
Oyunun baş hakimi Sergey İvanov olacaq. Ona həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.
Xatırladaq ki, cavab matçı saat 20:00-da başlayacaq. Belfast şəhərindəki ilk görüşdə "Linfild” qalib gəlib: 3:2.

29252 oxunub

InvestAZ