XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Cüdoçularımız dünya çempionatının ikinci gününü də medalsız başa vurdular
İdman 12:48 / 26.08.2019

Bu gün Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizə aparıb.
Təmsilçimiz Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, qazaxıstanlı Yerlan Serikcanov və daha sonra qırğızıstanlı Almaz Altınbek Uulunu məğlub etsə də, səkkizdəbir finalda misirli Məhəmməd Abdelmaugoudun öhdəsindən gələ bilməyib.
Digər təmsilçilərimizin də çıxışları uğurlu olmayıb. Belə ki, Gültac Məmmədəliyeva (52 kq) mozambikli Jaciro Ferreyra, Larisa Florian (52 kq) isə Honq-Konq cüdoçusu Şuk Ki Çui ilə qarşılaşmalarda qalib gəlsələr də, onaltıdabir finalda məğlub olublar.
Qeyd edək ki, yarışların ilk günü üç cüdoçumuz mübarizə aparıb. Onların hər üçü - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) yarışı medalsız tərk ediblər.


32473 oxunub

InvestAZ