XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mixail Malkin: “Əsas rəqibim Rusiya idmançısıdır”
İdman 15:18 / 16.02.2019

"Səhər sessiyasında bütün elementləri dəqiq yerinə yetirdim və bu, finala yüksəlməyimə imkan verdi”.
Bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının finalına vəsiqə qazanmış Azərbaycan idmançısı, Avropa çempionu Mixail Malkin deyib.
Gimnastımız bildirib ki, Milli Gimnastika Arenasında gözəl abı-hava höküm sürür. Belə bir arenada çıxış etmək çox möhtəşəmdir.
"Əsas rəqibim Rusiya idmançısı Vadim Afanasyevdir. Bizim mübarizəmizi Avropa çempionunun dünya çempionuna qarşı mübarizəsi kimi xarakterizə etmək olar. Ümid edirəm ki, sabah keçiriləcək final mərhələsində uğurla çıxış edib xalqımızı sevindirəcəyəm”, - deyə Mixail Malkin əlavə edib.
Turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.
Qeyd edək ki, Dünya kuboku yarışlarına fevralın 17-də yekun vurulacaq.

30883 oxunub

InvestAZ