XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimizdən növbəti heç-heçə
İdman 10:08 / 26.08.2019
ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçirilib.
Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda hollandiyalı Aniş Qiri ilə "sülhə” razılaşıb. Qeyd edək ki, şahmatçımız ötən turların hamısında rəqibləri ilə xalı yarı bölüb. Bu gün keçiriləcək doqquzuncu turda Ş.Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla mübarizə aparacaq.
Ötən turda yalnız Rusiya təmsilçiləri qələbə qazanıblar. Belə ki, Sergey Karyakin Maksim Vaşe-Laqravı (Fransa), Yan Nepomnyaşi ermənistanlı Levon Aronyanı məğlub ediblər. Amerikalı şahmatçılar Hikaru Nakamuranın həmyerlisi Uesli So, Fabiano Karuananın V.Anand, hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin çinli Dinq Lirenlə qarşılaşmalarında da bərabərlik qeydə alınıb.
Ş.Məmmədyarovun səkkiz turdan sonra aktivində 4 xal var. V.Anand, D.Liren, F.Karuana, S.Karyakin, Y.Nepomnyaşı hərəyə 4,5, M.Karlsen, U.So 4, M.Vaşe-Laqrav, A.Qiri, H.Nakamura 3,5, L.Aronyan 3 xal toplayıblar.
Turnir avqustun 29-dək davam edəcək.


32912 oxunub

InvestAZ