XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Əməkdar məşqçi: “Boksçularımız bu nüfuzlu turnirdə də öz potensiallarından maksimum istifadə edəcəklər”
İdman 11:47 / 23.08.2019

"Kişi boksçulardan ibarət Azərbaycan yığma komandası dünya çempionatına ciddi hazırlaşır. Bakı Boks Mərkəzində keçirilən təlim-məşqlərdə "Qızıl Əlcək” idman klubunun yetirmələri də hazırlıqlarını davam etdirirlər. Sonda ən güclülər dünya çempionatında ölkəmizi təmsil edəcək heyətdə yer alacaqlar. Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır.”
Bu sözləri "Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatına hazırlıqla bağlı deyib.
O, qeyd edib ki, Azərbaycan boksçuları ötən illər ərzində dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında fərqləniblər: "Təmsilçilərimiz ötən illər ərzində dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Düşünürəm ki, boksçularımız bu nüfuzlu turnirdə də öz potensiallarından maksimum istifadə edəcəklər”.


31887 oxunub

InvestAZ