XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Millimiz bu komandalarla qarşılaşacaq
İdman 16:32 / 21.08.2019

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.
Avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları ilə birgə "A” qrupunda mübarizə aparacaq.
Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.
Hazırlıq prosesinə Elgün Bayramov ("Neftçi”), Eldar Tağızadə ("Fundacion Marcet”, İspaniya), Amin Ramazanov ("Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov ("Keşlə”), Cəlal Hüseynov ("Zirə”), Raqib Abışov ("Sabah”), Samir Həsənov ("Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo ("Moskva”, Rusiya), Ülvi Mədətov ("Qəbələ”), Zöhrab Əsədov ("Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi "Neftçi”), Elnur Mirzəyev ("Zirə”), Rauf Rüstəmli ("Qəbələ”), Əbil Əbilov ("Keşlə”), Vüsal Qəmbərov ("Sabah”), Musa Musazadə ("Qarabağ”), Arif Məmmədov ("Səbail”), Vüsal Əliyev ("Zirə”), Kamal Kazımov ("Keşlə”), Nicat Quliyev ("Səbail”), Nurəli Nurəliyev ("Zirə”), Mirmövsüm Canıyev ("Qarabağ”) və Vaqif Həsənov ("Keşlə”) dəvət olunub.

32490 oxunub

InvestAZ