XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mixail Malkin finala vəsiqə qazandı
İdman 14:01 / 16.02.2019

Bu gün Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilir.

"olimpiyadunyasi.com” saytı xəbər verir ki, turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edirlər.

Tambilinq üzrə təsnifat yarışlarına artıq yekun vurulub. Gimnastımız Mixail Malkin də finala vəsiqə qazanan idmançılar siyahısındadır. O, ümumilikdə, 74.900 xal toplayıb. Onunla birlikdə Vadim Afanasev (Rusiya), Aleksandr Romaxov (Kazaxıstan), Vitali Voitiv (Ukrayna), Maksim Klabikov (Rusiya), Zuxriddin İmamov (Kazaxıstan), Maksim Şlyakin (Rusiya) və Rustam Yussubov (Kazaxıstan) da finala vəsiqə qazanıblar.

Final yarışları sabah keçiriləcək.




32110 oxunub

InvestAZ