XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Almaniya təmsilçisi “Beşiktaş”da oynaya bilər
İdman 11:09 / 21.08.2019

Türkiyənin "Beşiktaş” klubu Almaniyanın "Şalke” komandasında çıxış edən Yevgeni Konoplyankanı heyətinə cəlb etməyi planlaşdırır.
İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. İstanbul komandasının bu transfer üçün "Şalke”yə üç milyon avro ödəyəcəyi bildirilir.
İyirmi doqquz yaşlı oyunçu ilə dördillik müqavilə imzalanacağı nəzərdə tutulur. O, "Beşiktaş”da illik 2,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, peşəkar karyerasına "Dnepr”də başlayan futbolçu 2015-ci ildə "Sevilya”ya transfer olub. Y.Konoplyanka sonradan 12 milyon avroya Almaniyanın "Şalke” komandasına keçib.

38781 oxunub

InvestAZ