XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz hazırki dünya çempionu ilə üz-üzə
İdman 18:41 / 20.08.2019

"Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirində üçüncü turun oyunları keçirilib.
İlk turlarda görüşləri heç-heçə başa vuran şahmatçımız Şəhriyar Məmmədyarov üçüncü turda rusiyalı Yan Nepomnyaşi ilə də sülh bağlayıb. Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb.
Bu gün dördüncü turun oyunları keçiriləcək. Şahmatçımızın növbəti rəqibi hazırkı dünya çempionu norveçli Maqnus Karlsen olacaq. Turun digər oyunlarında amerikalı şahmatçılar Hikaru Nakamura çinli Dinq Liren, Fabiano Karuana ermənistanlı Levon Aronyan, Uesli So hindistanlı Vişvanatan Anand, hollandiyalı Aniş Qiri fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Sergey Karyakin isə Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.

33567 oxunub

InvestAZ