XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqasında birinci tur başa çatıb
İdman 16:04 / 19.08.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib.
"Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. "Sabah"ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı "Neftçi" ilk turda iki xal itirib.
İlk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.


31755 oxunub

InvestAZ