XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Premyer Liqasında I turun nəticələri məlumdur
İdman 13:49 / 19.08.2019


Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
Həftənin üçüncü matçında "Səbail” "Zirə”ni qəbul edib. Bayılda yerləşən "ASCO” arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.
Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ” "Keşlə”ni 1, "Sumqayıt” isə "Qəbələ”ni 2 cavabsız qolla məğlub edib. Tura avqustun 19-da keçiriləcək "Neftçi” – "Sabah” matçı ilə yekun vurulacaq.

33620 oxunub

InvestAZ