XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya çempionatına müştərək ev sahibliyi?
İdman 12:14 / 16.02.2019

Argentina, Çili, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ortaq ərizə təqdim edəcək.
Çilinin prezidenti Sebastyan Pinyera bir neçə ay öncə Argentina, Uruqvay və Paraqvay prezidentlərinə mundialın birgə təşkili ilə bağlı müraciət etmişdi. O şəxsi "Twitter” hesabında bu təklifin hər üç ölkə tərəfindən qəbul olunduğunu qeyd edib.
Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdiklərini bildirib.
Qeyd edək ki, 2026-cı ildən dünya çempionatında iştirak edəcək komandaların sayı 48-ə çatacaq. Yeni formatda ilk mundial ABŞ-da keçiriləcək.


30973 oxunub

InvestAZ