XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



FİFA federasiyanın başçısı vəzifəsinə yeganə namizədin adını açıqlayıb
İdman 11:15 / 07.02.2019



Beynəlxalq Futbol Federasiyası (FİFA) təsdiq edib ki, qurumun fəaliyyətdə olan prezidenti Canni İnfantino qarşıdan gələn seçkilərdə federasiyanın başçısı vəzifəsinə yeganə namizəddir. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
"Tass” agentliyindən verilən xəbərə görə, potensial namizədlərin müraciətlərinin qəbul edilməsi müddəti fevralın 5-də başa çatıb.
Məlumatda deyilir: "İdarəetmə komitəsi FİFA nizamnaməsi və reqlamentinin düzgün tətbiqini təmin etməklə seçki prosesinə nəzarət edəcək”.
FİFA başçısının seçkiləri iyunun 5-də Parisdə keçiriləcək. "Financial Times” qəzetinin yazdığına görə, 196 milli futbol federasiyası İnfantinonun namizədliyini dəstəkləyir.
Canni İnfantino Yozef Blatterin FİFA-nın başçısı vəzifəsindən getməsi ilə nəticələnən korrupsiya qalmaqalından sonra 2016-cı ilin fevralında qurumun prezidenti vəzifəsinə seçilib. İnfantinonun rəhbərliyi altında təşkilatın maliyyə durumunun və nüfuzunun bərpasına yönələn islahatlar paketi həyata keçirilib.



31029 oxunub

InvestAZ