XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına start verilir
İdman 08:01 / 04.03.2026

Bu gün "Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya start veriləcək. 
Olimpiyadunyasi.com xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı mübarizə aparacaq. 
Ölkəmiz turnirdə 5 idmançı ilə təmsil olunacaq. 
Qeyd edək ki, U-18, həmçinin U-20 yaş qrupları üzrə qızlar və oğlanlar arasında təsnifat və final yarışları keçiriləcək. Ardınca böyüklər arasında qadın və kişilərin təsnifat və final yarışları da təşkil olunacaq. 



173 oxunub

InvestAZ