XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Hakimlər üçün beynəlxalq seminar keçirilib
İdman 10:24 / 17.08.2019

Avqustun 16-da Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyası rəsmilərinin rəhbərliyi ilə Bakıda 3-cü beynəlxalq seminar  keçirilib. 
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə paytaxtımızda olan komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin köməkçisi Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səlimi (İran) Rusiyadan, İrandan və Türkmənistanla birgə, yerli hakim və məşqçilərə seminarın nəzəri hissəsində son yeniliklər və dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər.
WKF-in Hakimlər Komissiyasının rəsmiləri seminar iştirakçılarını maraqlandıran suallara cavab verib, müxtəlif döyüş vəziyyətlərində yaranan halların hakimlər tərəfindən qiymətləndirilməsi məqamlarını aydınlaşdırıblar. 
Federasiyanın baş katibi Mirhəsən Seyidov, İdarə heyətinin üzvləri Fizuli Musayev, Oqtay Məmmədov, Mircabbar Seyidov və Hakimlər komitəsinin sədri Cahangir Babayev seminarı izləyiblər. 
Seminarda karate üzrə milli komandanın üzvləri ilə yanaşı, "Judo Club 2012”nin milli dərəcəli hakimləri, karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyev də iştirak edib. 
Klubun üzvlərinə seminarın sonda sertifikatlar təqdim olunub. 


47409 oxunub

InvestAZ