İdman 10:42 / 24.02.2026
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununlarına start veriləcək.
Cavab oyunlarının ilk günündə Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək. İtaliyalı FIFA referisi Davide Massanın idarə edəcəyi oyunun start fitiBakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyununda "Nyukasl" 6:1 hesablı qələbə qazanmışdı.