İdman 19:11 / 18.02.2026
İtaliyalı dağ xizəkçisi Federika Brinyone ölkəsində keçirilən XXV Qış Olimpiadasında nəhəng slalom yarışını qızıl medalla başa vurub.
Olimpiyadunyasi.com xəbər verir ki, o, 2 dəqiqə 13.50 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Növbəti yerləri qalibdən 0.62 saniyə geridə qalan isveçli Sara Hektor və norveçli Tea Stjernesund bölüşüblər.
Qeyd edək ki, 35 yaşlı Brinyone bundan əvvəl qızıl super nəhəngslalomda qalib gəlmişdi. O, həmçinin Pxençxan-2018-də bürünc, Pekin-2022-də isə gümüş və bürünc medala yiələnmişdi.