Fiqurlu konkisürmə yarışlarında Fransanı təmsil edən Giyom Sizeron fərqli tərəfdaşlarla iki Olimpiya çempionu olan ilk idmançı olub.
Olimpiyadunyasi.com xəbər verir ki, bundan əvvəl Pekin-2022 Qabriella Papadakis ilə duetdə qızıl medala yiyələnib. İtaliyadakı olimpidada isə həmyerlisi Lorens Furnier Baudri ilə birlikdə birinci yerə layiq görülüb.
Qeyd edək ki, 2018-ci ildə Papadakis və Sizeron fərdi yarışlarda gümüş medal əldə etmişdilər.
177 oxunub