XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bu gün “Neftçi” Avropa Liqasında cavab görüşünə çıxacaq
İdman 10:47 / 15.08.2019


Avqustun 15-də Bakının "Neftçi” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.
Paytaxt təmsilçisi İsarildə "Bney Yehuda” klubunun qonağı olacaq. Petah Tikvadakı "Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Avqustun 8-də "Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqəsində Stiven Monroz hesab arasındakı fərqi azaldıb. Oyunun sonlarında (90+7) isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.
Cavab qarşılaşmasının baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.
Qeyd edək ki, "Neftçi” "Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, play-off mərhələsində "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

37073 oxunub

InvestAZ