XƏBƏR LENTİ
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Azərbaycan çempionatının seçmə yarışlarına start verilib
İdman 14:55 / 28.01.2026

8-16 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məluamata görə, seçmə yarışlar regional və şəhər çempionatından ibarət olmaqla keçirilir. Regional yarışlar Şamaxı, Goranboy, Ağcabədi, Şəmkir, Xaçmaz, Lənkəran, Göyçay, İmişli, Qax və Şirvan şəhərlərində təşkil olunur. Gəncə və Sumqayıt şəhərlərində isə müvafiq şəhər birincilikləri baş tutur.

Yarışlar 5 yaş qrupu üzrə 10 kateqoriyada keçirilir. Regional seçmə yarışlarda hər bir yaş qrupu üzrə ilk 2, Gəncə və Sumqayıt şəhər çempionatlarında isə ilk 3 yeri tutan şahmatçılar martın 24–dən aprelin 2-dək gerçəkləşəcək Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, fevral ayında Bakı şəhər çempionatları və Naxçıvan Muxtar Respublika çempionatına start veriləcək. Bakı çempionatından ilk 6 yer, Naxçıvan Muxtar Respublika çempionatından isə ilk 3 yer finala vəsiqə əldə edəcək.

Yarışları Azərbaycan Şahmat Federasiyasının təyin etdiyi hakimlər heyəti idarə edir.


248 oxunub

InvestAZ