İdman 11:28 / 23.01.2026
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq."Murov Az Terminal" klubu doğma meydanda"Gənclər"lə üz-üzə gələcək. "Murov Az Terminal"ın idman zalında keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Eyni saatda "Milli Aviasiya Akademiyası" və UNEC oyunu dz təşkil olunacaq. Qarşılaşma "Milli Aviasiya Akademiyası"nın idman zalında baş tutacaq.