XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Futbol üzrə milli komandamızın üzvü “Albasete” klubuna keçdi
İdman 16:19 / 13.08.2019

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İspaniya çempionatının I Divizonunda çıxış edən "Albasete” klubuna keçidi rəsmiləşib.
27 yaşlı yarımmüdafiəçi ilə dördillik müqavilə bağlanıb. "Albasete”nin onun 2020-ci ilin iyulunadək müqaviləsi olduğu "Alkorkon”a ödədiyi təzminatın məbləği açıqlanmır.
Eddi İsrafilov "Alkorkon”a ötən ilin yanvarında "Ximnastik”dən transfer olunub. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib. Millimizin futbolçusu daha əvvəl İspaniyanın digər təmsilçiləri - "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarının formasını geyinib.
Xatırladaq ki, Eddi İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.

32532 oxunub

InvestAZ