XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avropa klubları transferə nə qədər pul xərcləyiblər?
İdman 10:45 / 16.02.2019

FİFA 2018-2019-cu il mövsümünün qış transfer pəncərəsində beş ən güclü milli assosiasiyanın klublarının transfer statistikasını açıqlayıb. Ən güclü milli assosiasiyalara İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransa daxildir. Bu ölkələri təmsil edən klublar transfer bazarında ümumi məbləğin 59.1 faizini xərcləyiblər. Nəticədə bu ölkələrin klubları ümumilikdə 591 transfer reallaşdırıblar. 2017-2018-ci il mövsümünün qış transferi ilə müqayisədə klubların xərcləri 6,4 faiz artıb.
İngiltərə klubları 2012-ci ildən ilk dəfədir ki, qış transfer pəncərəsindən daha az məbləğ sərf ediblər (178 milyon avro). Bu, İngiltərə klublarının 2018-ci ildəki rekord göstəricisindən 65 faiz azdır (509,3 milyon avro). İkinci yeri İtaliya (144,6 milyon avro, 45,9 faiz artım), üçüncü yeri Almaniya klubları tutur (112,5 milyon avro, 56,7). Dördüncü pillədə İspaniya klubları qərarlaşıblar (112 milyon avro, 70,1). İlk beşliyi isə Fransa komandaları tamamlayır. Belə ki, fransız klubları transfer bazarında 95,4 milyon avro xərcləyiblər.

29608 oxunub

InvestAZ