XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Müqavilə yenilənib
İdman 10:19 / 16.02.2019

İspaniyanın "Atletiko Madrid” klubunun rəhbərliyi hazırkı baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə imzalayıb.
48 yaşlı argentinalı mütəxəssis 2022-ci ilədək Madrid təmsilçisini çalışdıracaq. Müqavilənin maliyyə məsələləri açıqlanmayıb.
"Atletiko Madrid” Dieqo Simeonenin baş məşqçi kimi işlədiyi altıncı klubdur. Daha əvvəl o, Argentinanın "Rasinq”, "Estudiantes”, "River Pleyt”, "San Lorenzo”, İtaliyanın "Kataniya” klublarını çalışdırıb.
Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid”in baş məşqçisi postunda çalışır. O, klub ilə bir dəfə La Liqanın, İspaniya kubokunun və Super kubokunun, iki dəfə UEFA Avropa Liqasının və UEFA Super kubokunun qalibi olub. Mütəxəssisin rəhbərliyi ilə klub iki dəfə UEFA Çempionlar Liqasının finalında mübarizə aparıb.

32597 oxunub

InvestAZ