XƏBƏR LENTİ
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025
18 Dekabr 2025
17 Dekabr 2025
16 Dekabr 2025



Şahin Bağırov: "Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi"
İdman 12:40 / 22.12.2025
Dekabrın 18-21-də karate üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatı keçirilib. 
Olimpiyadunyasi.com xəbər verir ki, yarışların son günündə karate idman növünün aşihara üslubu üzrə yarışlar təşkil olunub.
Paytaxt və bölgələri təmsil edən 11 komandanın tərkibində müxtəlif yaş qrupları üzrə 200-dən çox idmançının mübarizə apardığı turnirdə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
Yarışdan sonra Azərbaycan Karate Federasiyasının nəzdində olan Aşihara karate üslubunun sədri Şahin Bağırov keçirilən çempionatın əhəmiyyətini vurğulayıb. O bildirib ki, çempionat federasiyanın nəzdində olan bütün üslubları əhatə edib və müxtəlif yaş kateqoriyalarında yüksək rəqabət şəraitində təşkil olunub.
"Əvvəlcə onu qeyd edim ki, aşiharanın digər karate növlərindən əsas fərqi kontakt karate olması, eləcə də cüdo və aikido elementlərinin zənginliyi ilə seçilməsindədir. Aşihara karate üzrə yarışlar turnirin son günündə keçirildi. Yarışda 11-dən çox klubdan 200-dən artıq idmançı iştirak edib. Onlardan beşi Bakıdan, digərləri isə bölgələrdən olub. Xüsusilə Göygöl, Gəncə və Qazax bölgələrinin karate üzrə fəallığı diqqət çəkib. Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi. Çempionat ərzində kifayət qədər maraqlı görüşlər izlədik. Yarışın təşkilində göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm", - deyə Şahin Bağırov bildirib. O, həmçinin qarşıdakı planlar barədə də məlumat verib. Bildirilib ki, növbəti ildən etibarən Xocalı soyqırımına həsr olunmuş turnirin keçirilməsi nəzərdə tutulur və bu yarışda karatenin digər üslublarının da təmsil olunması gözlənilir. "Burada əsas məqsəd karate üslubları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Bundan əlavə, aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatında milli komandanın iştirakı planlaşdırılır. Həmin yarışda iştirak edəcək komandanın bütün üzvlərinə uğurlar arzulayıram", - deyə qurum rəsmisi bildirib. 

457 oxunub

InvestAZ