XƏBƏR LENTİ
15 Dekabr 2025
14 Dekabr 2025
13 Dekabr 2025



Mbappe Ronaldoya çata biləcək?
İdman 19:34 / 15.12.2025
Dünən İspaniya La Liqasının 16-cı turunda Madrid "Real"ı səfərdə "Alaves"i 2:1 hesabı ilə məğlub edib. 
Olimpiyadunyasi.com xəbər verir ki, oyunda vurulan qollardan birinin müəllifi  fransalı hücumçu Kilian Mbappe olub. Bu qol hücumçunun 2025-ci ildə komandası üçün vurduğu 56-cı qol kimi qeydə alınıb. Bununla da Mbappe artıq bir təqvim ilində "Real" üçün 59 qol vuran portuqaliyalı hücumçu Kriştianu Ronaldonun rekorduna yaxınlaşıb. Həmin hadisə 2013-cü ildə baş verib.
Məlumat üçün bildirək ki, Madrid nəhənginin mövsümün sonuna qədər iki oyunu qalıb. Xabi Alonsonun komandası İspaniya Kubokunda "Talavera" ilə, La Liqada isə "Sevilya" ilə qarşılaşacaq.

263 oxunub

InvestAZ