XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Xankəndidə Vüqar Həşimov Memorialına xatirəsinə start verilir
İdman 09:56 / 09.12.2025
Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialına start veriləcək. 
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Turnirə dekabrın 11-də yekun vurulacaq.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.
6452 oxunub

InvestAZ