XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Balkan təmsilçisi azarkeşlərini məyus edib
İdman 19:22 / 08.12.2025

Tennis üzrə dünya reytinqində 43-cü yerdə olan rumıniyalı tennisçi Sorana Cirstea 2026-cı il mövsümündən sonra idmançı karyerasını başa vuracaq. "Mən tennisi, intizamı və zəhməti sevirəm. Rəqabət və adrenalin ruhumu qidalandırır. Amma həyatda hər şeyin bir sonu var. Gələn il peşəkar karyeramın 20-ci ili olacaq. Heç vaxt bu qədər uzun müddət oynayacağımdan əmin deyildim. 2026-cı ildə tennislə vidalaşacağam. Tennis əbədi olaraq sənə borcluyam", - deyə Cirstea şəxsi sosial media səhifəsində paylaşım edib.

Məlumat üçün bildirək ki, 35 yaşlı Balkan təmsilçisi üç dəfə fərdi yarışda WTA titulunu qazanıb.


6654 oxunub

InvestAZ